Axtarış...

Ronaldunun transferi “Yuve”ni bahalaşdırdı

Ronaldunun transferi “Yuve”ni bahalaşdırdı

Kriştianu Ronaldunun transferindən sonra "Yuventus"un səhmləri 55,15% artıb.

Oxu.az-ın "Football Italia" nəşrinə istinadən verdiyi məlumata görə, hazırda klubun bir səhmi 1 avrodan baha satılır.

Ümumillikdə iyunun 1-dən bu günədək "Yuve"nin səhmləri 65,43% bahalaşıb.

Portuqaliyalı futbolçunun soyadının yazıldığı köynəklərin satışı yaxşı gedir.



Şərh yaz