Axtarış...

Eks-prezidentlər korrupsiya sisteminin rəhbəri elan olundular

Eks-prezidentlər korrupsiya sisteminin rəhbəri elan olundular

Argentinanın eks prezidentləri Kristina Fernandes de Kirşner və Nestor Krişner ölkənin korrupsiya sisteminin rəhbərləri elan edilib.

Millitv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim Klaudiya Bonadiyonun hazırladığı hesabatda qeyd edilib.

Hakim əldə olunan dəlillərin ölkədə dövlət qulluqçularından ibarət mütəşəkkil cinayətkar qruplaşmanın olduğunu və onların da yuxarı rəhbərlikdən və əmrlər aldıqlarını göstərdiyini bəyan edib.

Bu işdə ölkə rəhbərliyi ilə yanaşı əsas fiqurantlardan biri də federal planlaşdırma naziri Xuliyo Miqel de Vidonun adı da çəkilir.

O, bu yolla həmin şəxslərin və rəhbərliyin 2008-ci ildən 2015-ci ilə kimi əsasən iş adamlarından rüşvətlər aldıqlarını bildirib.

Bonadionun bildirdiyinə görə bu rüşvət verən şəxslərin əksəriyyəti dövlətdən müxtəlif layihələrin icrası üçün müqavililər bağlayan iş adamlarıdır.

Hesabatda həmçinin hüquq mühafizə orqanlarının rüşvət iddiasının araşdırılması zamanı 70 axtarış əməliyyatını keçirdikləri də yer alıb. Bu axtarış tədbirləri nəticəsində ümumi məbləği 37 milyon peso (1,1 milyon dollar) dəyərində 250 rəsm nümunəsi və həmçinin 4,5 milyon peso (145 min dollar) nağd pul aşkarlanıb.

Qeyd edək ki, bu cinayət işi keçən ilin noyabrında planlaşdırma nazirinin müavinin sürücüsünün keçmiş arvadı ərinin pulla dolu çantanı gətirməsi ilə bağlı polisə şikayətindən sonra başladılıb.


Daha çox xəbər

Şərh yaz