Axtarış...

ÜST: Azərbaycanda həbsxanalarda vərəmə nəzarəti gücləndirəcəyik

ÜST: Azərbaycanda həbsxanalarda vərəmə nəzarəti gücləndirəcəyik

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda həbsxanalarda vərəmin qarşısının alınması və nəzarət məqsədi ilə yaradılan Əməkdaşlıq Mərkəzini nəzarətdə saxlayacaq, çünki bu, vərəmlə mübarizənin ön cəbhəsində unikal nümunədir.

Millitv.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı məktubda qeyd edib.

Məktubda deyilir: "Davamlı İnkişaf Məqsədlərinin tətbiqi üçün ölkədə mövcud olan siyasi iradə, üstəlik malyariya, poliomielit və qızılca kimi xəstəliklərin aradan qaldırılması da daxil olmaqla, Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlar məni həqiqətən valeh etdi".

Baş direktor əlavə edib ki, ÜST-ün Ölkə və Regional Ofisləri vasitəsi ilə Azərbaycanda ilkin səhiyyə və səhiyyənin maliyyələşdirilməsi kimi iddialı planların irəliləməsi istiqamətində lazımi dəstəyi göstərməyə hazırdılar.


Daha çox xəbər

Şərh yaz