Axtarış...

İcra başçısı son günlər nədən qəzəblidir... - "Bacoğlu getdi, dayısını da saxlamasınlar..."

İcra başçısı son günlər nədən qəzəblidir... - "Bacoğlu getdi, dayısını da saxlamasınlar..."

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev son günlər sakinlərə qarşı daha aqressiv olub. DİA.AZ-a yazan narazı sakinlər bildirir ki, Səlim Müslümov işdən çıxarılandan sonra onun dayısı olan Ənvər Seyidəliyev rəsmən depressiyaya düşüb: "Əvəzində də sakinlər əziyyət çəkir. Rayonda baş verən özbaşınalıqdan kimə şikayət edəcəyimizi bilmirik".

Daha sonra dia.az-a daxil olan Müraciətdə deyilir: "Ənvər Seyidəliyev hər həftənin 5-ci günü sakinləri qəbul edirdi. Qəbulda müəyyən problemlər müzakitrə edilirdi, əksəriyyəti həllini tapırdı. Amma Səlim Müslümov nazir təyin olunandan sonra Ənvər Seyidəliyev problemi olanların heç birini qəbul etmir . Düzdür, yenə də həmin günlər qəbul günü olur, amma həqiqi problemi olanlar qəbul olunmur. Ənvər Seyidəliyev İcra Hakimiyyətinin mühafizə xidmətinə tapşırıb ki, ciddi problemləri olan şəxsləri qəbula yazmasın. Qəbula yalnız ona təşəkkür etməyə gələn şəxslər yazılır və onların da guya "problemi" həll edilir.

Məsələn, kimsə gəlib deyir ki, o qonşusu ilə yola getmir, küçəyə çıxanda palçıq olur və sair. Amma aylarla sosial müavinətlərini ala bilməyən, idarə və təşkilatların qapısında süründürülən şəxslər Ənvər Seyidəliyevin qəbuluna düşə bilmir. Həmin şəxslər İcra Hakimiyyətindən qəbula yazılmağa gələndə mühafizəçi və ya icra başçısının müavinləri, köməkçiləri tərəfindən "başçı burda yoxdur", "bu gün qəbul olmayacaq", "gecikmisiniz" kimi bəhanələrlə geri qaytarılır. Haqqını tələb edən şikayətçilər isə polislər vasitəsilə ya binadan uzaqlaşdırılır, ya da hədələnir ".

Dia.az-a, agresiv rayonun tam partizan rəhbərliyinə hazır olan yazı yazacaq. Rayan Ənvər Seyidəliyevin bütün böyük reklamları zəbt edildi. Ənvər Seyidəliyev bu işdən və işçinin adından istifadə edir. Rayonda hazırda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib. İcra başçısının rayon ərazisində 100 hektarlarla həyətyanı torpaq sahəsi, onlarla balıqartırma gölü və 100-dən artıq iri ticarət cərgəsi var. Bütün bunlar komik və komikdir.

Daha sonra narazı vətəndaşlar müraciətlərinə belə yekun vururlar: "Bacoğlu getdi, dayısını da saxlamasınlar ..."

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq ... dia.az



Şərh yaz