Göyçayın internat məktəbində direktorun korrupsiya əməlləri və özbaşınalığı müəllimləri ayağa qaldırdı

Göyçayın internat məktəbində direktorun korrupsiya əməlləri və özbaşınalığı müəllimləri ayağa qaldırdı

Artıq bir sıra mətbuat orqanında Göyçay şəhər internat məktəbinin direktoru Şəlalə Əliyevanın qanunsuz əməlləri və təhsil ocağındakı özbaşınalığı barədə daxil olmuş şikayət məktubları əsasında geniş araşdırma yazıları verilib.
Göyçay sakinləri, valideyinlər, eləcə də təhsil ocağının müəllimləri Şəlalə Əliyevanın qanunsuz əməlləri barədə Göyçay rayon Məhkəməsinə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya, Baş Prokurorluğa və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət məktubu ünvanlayıblar. Məktub müəllifləri məktəb direktoru Şəlalə Əliyeva barədə araşdırmaların aparılmasının vacibliyini bildirirlər.
Bir qrup Göyçay sakini müvafiq qurumlara ünvanladıqları müraciətdə yazır: Şəlalə Əliyeva direktoru olduğu məktəbdən əyri yollarla küllü məbləğdə pul qazanır. O, hər dərs ilinin başlancığında, yəni sentyabrın 15-də ibtidai sinif açmaq adı ilə hər müəllimdən və texniki işçilərdən pul yığaraq böyük qazanc əldə edir. On birinci sinif şagirdlərindən isə aylıq pul alaraq onların dərsə gəlməmələrinə və repititor yanına getmələrinə şərait yaradır. Ötən illər ərzində Şəlalə Əliyeva məktəbi bitirən şagirdlərdən pul alaraq atestat alveri ilə məşğul olub. Məktəbdə dərs deməyən, lakin adları formal olaraq jurnalda gedən müəllimlər var ki, onlar aldıqları məvacibin 50 faizini məktəb direktoruna verirlər.
Hətta elə şəxslər var ki, onların adları məktəbin işçi siyahısında var, adlarına dərs saatı yazılır, lakin əmək haqqı kartı həmişə məktəb direktoru Şəlalə Əliyevanın öz əlində olur. O, fond pulu adı ilə hər müəllimlərdən məcbur qaydada pul yığır. Şikayətçi müəllimlər bildirir ki, direktor Şəlalə Əliyeva hər iclasda müəllimləri təhqir edir, pul verməyəndə isə söyüş söyür və işdən çıxarılacaqları ilə hədələyir. Müəllimlər onun bu qanunsuz əməllərinə görə yuxarı orqanlara şikayət etsələr də Şəlalə Əliyeva iclasda hamının qarşısında çıxış edərkən onun barəsində mətbuatda verilən yazılara görə narahat olmadığını, heç kimdən qorxmadığını, onu Təhsil Nazirliyində çalışan Həbib Bayramov və Məlahət Hacıyeva müdafiə etdiyini bildirib.
O, müəllimlərdən yığdığı vəsait hesabına bu yaxınlarda Bakıda ev alıb. Müəllimlər məktəbdə olan qanunsuzluqları bizə göstərmək üçün məktəbə yoxlama komissiyasının gəlməsinə köməklik etməyimizi və video çəkiliş aparmağımızı xahiş ediblər. Müəllimlər və valideynlər Şəlalə Əliyeva barədə deyilən faktları məktəbdə sübut etməyə hazır olduqlarını bildiriblər.
Hüquq-mühafizə orqanlarına ünvanlanan müraciət məktubunda deyilir: “Sizdən xahiş edirik Göyçay şəhər internat məktəbindəki korrupsiya və özbaşınalığın qarşısını alaraq, məktəbin direktoru Şəlalə Əliyeva barəsində lazımi, ciddi tədbirlər görəsiniz”. Azerinfo.az
Oxşar xəbərlər
«    Август 2018    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət