Axtarış...

“Mənim adamım ol və...” – Şamaxı RİHB-nin I müavini Qasım Qasımov

“Mənim adamım ol və...” – Şamaxı RİHB-nin I müavini Qasım Qasımov

Özünü hər yerdə PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin adamı kimi təqdim edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini Qasım Qasımovun əməlləri tükənmir. Adamın iddiaları vəzifəsi ilə müqayisədə çox böyükdür. İddianın miqyası o qədər böyük maşştabdadır ki. sanki Qasım müəllim Şirvanşah olmaq istəyir. Bir müddət öncə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova xüsusi aşbaz belə təyin edən I müavin, xidmətin ən üst mərtəbəsini də bacarır. Məsələ bununla da bitməmişdi. Aşpaza xidməti maşın da təhkim olunmuşdu.

Bu da son deyil. Şamaxı Təhsil şöbəsini fasiləsiz nəzarətində saxlayan Qasım Qasımov, yaxın qohumu Eyvaz Eminalıyevi həmin müəssisəyə rəhbər təyin etdirməklə tam nəzarətə nail olub. Xatırladaq ki, ölkə miqyasında ən iyrənc hadisə - az yaşlı şagirdin öz müəllimindən sinif otağındakı əlaqədən sonra uşaq dünyaya gətirməsi bir o qədər də uzaq tarix deyil. Həmin hadisə belə şərti olaraq “xalaoğlu” adlandırdığımız qohumların istefasını gündəmə gətirmədi.

Oxucuların nəzərinə onu da çatdıraq ki, artıq 5-6 ildir Şamaxı rayon icra hakimiyyətində memar vəzifəsi boşdur. Bu o demək deyil ki. Kremili belə tikən şamaxılı olduğu halda, rayonda memar yoxdur. Əsla belə deyil. Sadəcə Qasım Qasımovun əmrlərinə etirazsız boyun əymək istəyən memar yoxdur. Bir müddət öncə Rüstəm adlı memar iki dəfə bu posta müxtəlif zaman fasilələri ilə təyin edilsə də, lakin işləmə tarixi bir neçə ayla sərhədləndi. Çünki mənbənin bildirdiyinə görə Qasım Qasımovun bu istiqamətdə yeganə “tapşırığı” budur – “Nə istəyirsən yaz və qol çək. Möhürü özüm vuracam.” Möhür sevdalısı olan bu şəxsin əməlləri bununla bitmir.

Artıq illərdir ki, Şamaxı rayonunun 17 məktəbində direktor vəzifəsi boşdur. Yəni vakant elan edilib. Lakin rayondakı mənbədən daxil olan məlumata görə Qasım Qasımov – Eyvaz Eminalıyev cütlüyü həmin məktəblərə direktor əvəzləri “təyin” ediblər. Və bu formalı təyinat məhz bu cütlüyə sərf edir. Çünki həmin “əvəzedicilərin” kresloları tikanlı məftili xatırladır. Yəni hər an yol yaxındır prinsipi. Bundan əlavə adamlar tapşırığı müzakirəsiz icra etməyə məhkum edilirlər və s.

Bir neçə gün öncə ölkə başçısı Qasım Qasımovu “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif etdi. Biz Qasım müəllimi medala görə təbrik edirik. Lakin onu da düşünürük ki, “Bəxt üzüyü” filimində Moşu Göyəzənlinin uşaqlarının anasının təbirincə desək “Mayıf Qasımın qəstumunun yaxası medal istəyəndə...”

Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.

BakuNews.az


Daha çox xəbər

Şərh yaz