Axtarış...

Ağsu aşırımında sürüşmə yenidən aktivləşib, ərazidə uçqun olub

Ağsu aşırımında sürüşmə yenidən aktivləşib, ərazidə uçqun olub

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) sürüşmə aktivləşib.

Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib və lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında faktı təstiqləyib.

O, bildirib ki, Ağsu aşırımının bir neçə ərazisində aktiv sürüşmə nöqtələri var: "Xüsusən intensiv yağıntılar zamanı həmin ərazilərdə müəyyən aktivlik müşahidə olunur. Avtomobil yoluna sürüşmə ziyan vurmasın deyə mütəmadi olaraq həmin nöqtələr əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər görülür. Hazırda aşırımda vəziyyət normaldır, hərəkətdə hər hansı problem yoxdur".


Daha çox xəbər

Şərh yaz