Axtarış...

36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda şok cinayət

36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda şok cinayət

Bakıda pedofil həbs edildi.

AZXEBER.COM xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından "Sputnik Azərbaycan” saytına mlumat verilib. Verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.

Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faktla bağlı araşdırma aparılır.



Şərh yaz