Axtarış...

Əhməd Muxtarov büdcə oğurluğunda ittiham olunur... - İDDİA

Əhməd Muxtarov büdcə oğurluğunda ittiham olunur... - İDDİA

Hacıqabul rayon İcra hakimiyyətinin başçısı Əhməd Müxtarova qarşı ağır ittihamlar var. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə xəbər verib.

İddialara görə, Hacıqubulun RİH başçısı rayona ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verdiyindən hazırda durumu olduqca gərgindir.

Mənbənin dia.az-a söylədikləri: "Təxminən 400 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Əhməd Muxtarov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir".

Mənbə iddia edir ki, Əhməd Muxtarova qarşı konkret ittihamlar olduğundan rayonda həbslər də həyata keçirilə bilər: "Adamlar o qədər arxayın şəkildə büdcəni talayıblar ki, hıtta rəsmi qurumlar tərəfindən ittiham oluna biləcəklərini, yediklərinə görə cavab verməli olduqlarını belə unudublar".

Dia.az bildirir ki, qeyd olunanlarla bağlı Əhməd Muxtarovun mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Redaksiyamızda isə rəsmi qurumların maliyyə araşdırmalarının yekunları var və yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin... (Dia.az)



Şərh yaz