Axtarış...

Gəncədə iki avtomobil yanıb

Gəncədə iki avtomobil yanıb

Gəncə şəhərində iki avtomobil yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 90 kv.m olan talvarın altında dayanmış "VAZ” markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və qabaq təkərləri yanıb.

Yüksək temperaturdan tavanın lambirdən ibarət üzlüyü 5 kv.m sahədə əriyib.

Talvarın və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



Şərh yaz