Axtarış...

Kovaçiç "Real"ı tərk etmək istəyir

Kovaçiç "Real"ı tərk etmək istəyir
"Real"ın yarımmüdafiəçisi Mateo Kovaçiç Madrid komandası ilə məşqdən imtina edib.

Millitv.Az "Report"a istinadən bildirir ki, 24 yaşlı xorvatiyalı futbolçu avqustun 6-da komandanın Valdebarasdakı bazasına gəlib və klub rəhbərliyi ilə danışıqlar aparıb. Bildirilir ki, futbolçu klubu tərk etmək niyyətində olduğunu söyləyib.

Kovaçiç rəhbərliyə artıq üç dəfə komandanı tərk etmək istədiyini bildirib, həmçinin "Real"ın baş məşqçisi Xulen Lopeteqi ilə şəxsən söhbət edib və ona başqa kluba keçmək niyyətində olduğu, bununla da meydanda daha çox vaxt keçirməyə nail olmaq istədiyini deyib.

Hazırda o, gələcək karyerası ilə bağlı heç bir cavab almayıb.



Şərh yaz