Narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb

Narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov həmyerlisi Ceyhun Gözəlova heroin satarkən yaxalanıblar. C.Gözəlovun üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanan, ümumi çəkisi 1.530 qram heroin aşkar edilərək götürülüb. Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 47,070 qram tiryək aşkar edilərək götürülüb.DİA.AZ
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət