Türkiyəli hərbi qulluqçular Azərbaycana gəlib

Türkiyəli hərbi qulluqçular Azərbaycana gəlib

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizdə səfərə gəlib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama uyğun olaraq qonaqların Bakı, Gəncə, Şəmkir və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib. Türkiyəli heyət ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, mətbəximizə məxsus yemək və şirniyyatlardan dadıblar.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət