Axtarış...

"Neftçi" hücumçusu ilə müqavilənin müddətini uzatdı

"Neftçi" hücumçusu ilə müqavilənin müddətini uzatdı

"Neftçi" PFK daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.

Milli.Az xəbər verir ki, Mirabdulla Abbasov 2019/2020 mövsümünün sonunadək komandanın formasını geyinəcək.

Ötən mövsüm 30 oyunda 6 qol vurmuş 23 yaşlı hücumçunun bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunda bitəcəkdi.

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namik Ələskərovla müqavilə yenilənmişdi.



Şərh yaz