Axtarış...

Son illərdə 300 minə yaxın məcburi köçkün mənzillə təmin edilib

Son illərdə 300 minə yaxın məcburi köçkün mənzillə təmin edilib

“Son illərdə 300 minə yaxın məcburi köçkün mənzillə təmin edilib”.



APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu il Qobu qəsəbəsində 1000 mənzillik yeni qəsəbə salınıb: “İlin sonuna qədər isə 4 min köçkün ailəsi, 20 min insan yeni mənzillərlə təmin ediləcək. Bu siyasət davam etdiriləcək. Bizim bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı, xüsusilə sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş insanlar dayanır. İmkan daxilində biz bu məsələləri həll edirik. İşğaldan, etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycan görülən işlərə görə ön cərgədədir. Çox ölkə üçün Azərbaycan təcrübəsi nümunə kimi göstərilir. Öz vətəndaşlarına belə diqqət göstərən bəlkə də ikinci ölkə yoxdur. Bir daha deyirəm ki. bu gün növbədə duran bu kateqoriyadan olan insanlar mənzillə təmin olunacaq”.


Daha çox xəbər

Şərh yaz