Axtarış...

"Köhnə Bakı"da müştərini öldürən ofisiant məhkəmə qarşısında

"Köhnə Bakı"da müştərini öldürən ofisiant məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzağa Məmmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, ötən il dekabrın 20-də Binəqədi rayonu ərazisində yerləşən "Köhnə Bakı" kafesində ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, Çingiz Qədirliyə (1999-cu il təv.) bıçaqla ağır xəsarətlər yetirib.

Respublika Klinik Xəstəxanasına çatdırılan gənc orada kəskin qanitirmədən dünyasını dəyişib.

Onun öldüyünü eşidən yaxınları xəstəxanaya gələrək, mühafizəçiyə xəsarətlər yetiriblər, xəstəxananın qapılarını və şüşələrini sındırıblar. Çağırış əsasında hadisə yerinə Yasamal RPİ Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunaraq, asayişi bərpa ediblər.

Cinayəti törədən M. Məmmədov həmin axşam Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

İş üzrə baxış avqustun 8-nə təyin olunub.


Daha çox xəbər

Şərh yaz