"Nəqliyyatda qiymət artımının inflyasiyaya təsiri minimal olacaq"

"Nəqliyyatda qiymət artımının inflyasiyaya təsiri minimal olacaq"

Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı qərarının inflyasiyaya təsiri minimal olacaq.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

Mərkəzi Bankın sədri deyib: "Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüksəldici təsiri var. Düşünmürük ki, bu qərar bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8 faiz) kənarlaşdıra bilər. Hesab edirik ki, təsiri çox minimal olacaq. İnflyasiyanın əsas amili məzənnə sabitliyidir. Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Eyni zamanda, pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb".
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət