Axtarış...

Güləşçimiz Ülvi Qənizadə Avropa çempionatında qızıl medal uğrunda yarışacaq

Güləşçimiz Ülvi Qənizadə Avropa çempionatında qızıl medal uğrunda yarışacaq

Romada güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançıları olub.

Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ü.Qənizadə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

Yarımfinalda uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb.

Final görüşləri avqustun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Trend



Şərh yaz