Axtarış...

Alessandro Safina: “Jara” mükəmməl festivaldır

Alessandro Safina: “Jara” mükəmməl festivaldır

“Jara” festivalına dəvət aldığım üçün çox məmnunam. Konsert yüksək səviyyədə təşkil olunub. “Jara” mükəmməl festivaldır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, məşhur tenor Alessandro Safina deyib.

“Jara” festivalına artıq ikinci dəfə qatıldığını söyləyən A.Safina bu möhtəşəm musiqi bayramında Xalq Artisti Emin Ağalarovun inanılmaz təşkilatçılıq nümayiş etdirdiyini vurğulayıb: “Ümid edirəm ki, mən bu festivala bundan sonra da qatılacağam. Əsrarəngiz Müslim Maqomayevdən “Sinyaya vecnost” mahnısını ifa etdim. Bu mahnı üzərində daha əvvəlcədən işləmişdim. Mən Rusiyanı İtaliya musiqisi ilə tanış etdiyi üçün Müslim Maqomayevə minnətdaram”.

Yenidən Bakıdan olan tamaşaçıları ilə görüşmək istədiyini bildirən müğənni Bakı şəhərinin qədimliklə müasirliyin qovşağı olduğunu deyib: “Tarixən şəhərin ticarət yolu üzərində yerləşməsi hələ qədimdən Bakını turistlər, qonaqlar üçün cəlbedici edib. İçərişəhər nadir tarixi məkandır. Bu ornamentlər şəhəri daha da gözəlləşdirir, özünəməxsusluğunu artırır. Bakı dünyada unikal məkanlardan biridir”.


Daha çox xəbər

Şərh yaz