Axtarış...

Bu parazitlər sizi ölümcül xəstəliklərə yoluxdura bilər Kimlər risk altındadır?

Bu parazitlər sizi ölümcül xəstəliklərə yoluxdura bilər Kimlər risk altındadır?
Yayın istisində hərarətimiz qalxanda, bədənimizdə titrəmə olanda elə düşünürük ki, bu yediyimiz dondurma və ya içdiyimiz soyuq suyun günahıdır. İştahasızlığı isə isti havanın boynuna atırıq. Heç ağlımıza da gəlmir ki, bunun tək səbəbi ağcaqanad dişləməsidir. Malyariya virusu daşıyan ağcaqanad insanı dişlədikdə parazit birbaşa qana keçir və qan vasitəsilə qısa müddətdə qaraciyər toxumasına daxil olur. Parazitlər qaraciyərin divarlarına yapışır, böyüyür və partlayıb, çoxalır. Onların çoxalma funksiyası surətlə baş verir. Get-gedə virus eritrositlərə daxil olmağa başlayır.

Millitv.Az axşam.az-a istinadən xəbər verir ki, malyariya parazitlərinin orqanizmə yayılma prosesi bir həftədən bir neçə aya kimi çəkə bilər. Malyariya virusu toksinlər (zəhər) ifraz etdir. Zəhər qan dövranına düşür, buradan da digər orqanlara ötürülür. Hətta zəhər beyinə də gedib çıxır. Bu zaman zəhərli eritrosit laxtaları qanın digər orqanlara ötürülməsinə maneçilik törədir. Beləcə, malyariyanın əlamətləri özünü göstərməyə başlayır.

Virusun məkanı - damarlar, limfalar, qaraciyər

Qədim dövrlərdə güman edilirdi ki, malyariyanın yaranmasına səbəb çirkli hava, natəmizlik, insanların heyvanlarla təmasda olmasıdır. Özü də bu xəstəliyə daha çox gənclər də rast gəlinirdi. İndi bu səbəblər dəyişib.

Hələ eramızdan əvvəl mövcud olan bu xəstəlik haqqında ilkin məlumatlara Hippokratın əlyazmalarında rast gəlinib. Qədim Yunanıstanda, Ərəb ölkələrində, Yaponiyada insanların kütləvi ölümünə səbəb olan bu xəstəliyə Tutanxamon da yoluxub. Həmin dövrlərdə mütəxəssislər güman edirdi ki, bu düşmənlərin hazırladıqları zəhərdir, hava vasitəsilə insanlara ötürülür. XIX əsrdə isə fransalı alim Ş.Laveran malyariyanın virus olduğunu aşkarlayıb. 1894-1899-cu illərdə isə amerikalı alim P.Menson malyariyanın ağcaqanadların dişləməsi nəticəsində yarandığını aşkarlaya bilib.

Əgər səndə
Yüksək qızdırma, üşütmə, baş və əzələ ağrıları, yorğunluq, ürəkbulanma, qusma və ishal varsa, dərin və gözlərin saralırsa, demək, sən malyariya parazitinin əsirisən.

Səbəb nədir
Xəstəliyin yaranmasına səbəb malyariya virusu daşıyan ağcaqanadlar olsa da orqanizmin də burada rolu var. Əgər immunitetin zəifdirsə, onda orqanizm virusa qarşı mübarizə apara bilmir. İmmuniteti güclü olan insanlarda isə orqanizm parazitlərə qarşı mübarizə apara bilir.

Kimlər risk altındadır:
· İstirahətə gedənlər
· Su kənarında çox gəzməyi sevənlər
· Dağlıq ərazidə yaşayanlar
· Ağcaqanad dişləməsinə önəm verməyənlər
· İmmuniteti zəif olanlar
· Pəhriz saxlayanlar

Xəstəliyin dəhşətli fəsadları
Xəstəlik müalicəsiz qaldıqda və ya vaxtlı-vaxtında dərmanlar qəbul edilmədiyində malyariya parazitləri daha da çoxalmağa başlayır. İlk əvvəl malyariya anemiyanın yaranmasına səbəb olur. Ən təhlükəlisi də odur ki, bu parazit xəstədə böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluq yaradır. Xəstə komaya düşür. Vaxtında tibbi yardım göstərilmədiyində ölümlə nəticələnir.

Müalicə necə aparılmalıdır:
Xəstəliyin müalicəsi mümkündür. Amma həkimə vaxtında müraciət etmək lazımdır. Müalicənin müddəti malyariyanın diaqnoz olunmuş formasından, xəstənin yaşından asılıdır. Alergiyaya meyilli olan insanlarda xəstəliyin gedişatı daha ağır olur. İnsanların əksəriyyəti malyariya parazitinə yoluxduqlarını dərk edə bilmirlər, buna görə də çox vaxt gec müraciət edirlər.
Ölüm halları əsasən, tropiki malyariya vaxtı baş verir. Ölkəmizdə isə daha çox üçgünlük malyariyaya rast gəlinir.

Profilaktik tədbir:
Malyariyanın aktiv olduğu bölgələrdə tez-tez xəstəlikəleyhinə dərman qəbul etmək məsləhətdir. Ağcaqanad sancmalarından qorunmaq lazımdır. Evdə ağcaqanadların olmamasına nəzarət edilməlidir. Ən yaxşısı isə ağcaqanadların çoxaldığı mövsümdə bədənin açıq yerlərinə həşəratlardan qorunmaq üçün kremlər çəkilməlidir.
Ağcaqanadların yumurta qoya biləcəyi yerlərdən su yığılmalarını ləğv etmək lazımdır.

Diqqət! Diqqət!
· Malyariyaya bir dəfə yoluxan insan tez-tez həkim nəzarətində olmalıdır. Çünki xəstəlik sağaldıqdan sonra, onun geri qayıtma ehtimalı yüksəkdir.
· Malyariya xəstələri parazitgəzdiricilərdir. Onlar bu virusu asanlıqla başqalarına ötürə bilərlər.
· Malyariya hamilə qadınlar üçün həddindən artıq təhlükəlidir. Bu, hamiləliyin pozulmasına səbəb olur.
· Malyariyadan əziyyət çəkən insanlara bol qida və su verilməlidir.

Valideynlərə məsləhət
· Övladınızı axmayan suların - gölməçələrin, nohurların, bataqlıqların kənarında gəzməyə və oynamağa qoymayın.
· Malyariyaya yoluxmuş uşaq müalicəsiz qalarsa, bu, onun böyüməsinə, beyin inkişafına mane olar.
· Əgər evdə kimsə malyariya parazitindən əziyyət çəkirsə, ailənin digər üzvləri də xəstəliklə bağlı analiz verməlidirlər.



Şərh yaz