Axtarış...

İran Rusiyadan “Su-22” döyüş təyyarələri aldı

İran Rusiyadan “Su-22” döyüş təyyarələri aldı

İran İnqilab Keşikçiləri Qvardiyasının silah arsenalına Rusiya istehsalı olan "Sukhoi Su-22" hərbi döyüş təyyarələri daxil edilib.

Millitv.Az report-a istinadən xəbər verir ki, İranda təyyarənin təqdimat mərasimi olub.

Tədbirdə İnqilab Keşikçiləri Qvardiyasının komandanı briqada generalı Məhəmməd Əli Cəfəri və Hava-Kosmos Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak edib. O deyib ki, "S-22" təyyarələri yerli mütəxəssislər tərəfindən inkişaf etdirilərək, silah arsenalına daxil edilib.

Mərasimdə Rusiyadan alınmış 10 "Su-22"nin təqdimatı keçirilib.


Daha çox xəbər

Şərh yaz