Axtarış...

"Yuventus" "Bavariya"dan üstün oldu

"Yuventus" "Bavariya"dan üstün oldu

Beynəlxalq Çempionlar Kuboku çərçivəsində Filadelfiyada keçirilən matçda İtaliyanın "Yuventus" klubu Almaniyanın "Bavariya" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Millitv.Az Trend-ə istinadən bildirir ki, "Yuventus"un heyətində hücumçu Andrea Favilli dubl edib.

Yoldaşlıq xarakteri daşıyan turnirdə "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Liverpul", "Tottenhem" və "Mançester Siti", "Real Madrid", "Atletiko" və "Barselona", "Roma" və "Milan", "Borussiya"," Lion " və "PSJ", eləcə də "Benfika" klubları çıxış edir.

Matçların əsas hissəsi ABŞ-da keçirilir. Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Oyunun əsas vaxtı heç-heçə ilə başa çatarsa, qalib penalti zərbələrində müəyyənləşdirilir. Qalib komanda iki xal, məğlub olan isə bir xal qazanır.



Şərh yaz