Axtarış...

Deputat Novruz Aslanov kəndlərdə seçiciləri qəbul edib

Deputat Novruz Aslanov kəndlərdə seçiciləri qəbul edib

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun Vəng, Ruşan və Mücühəftəran kəndlərində seçicilərini qəbul edib.

Sakinlər əsasən su, yol və təbii qaz problemləri barədə millət vəkilinə məlumat veriblər və bu məsələlərin həllinə köməklik etməsini xahiş ediblər. Həmçinin, məişət problemləri, sosial yönümlü məsələlər də edilən müraciətlər sırasında olub. Deputat bu problemləri əlaqədar qurumlara çatdıracağını bildirib və seçicilərin diqqətinə çatdırıb ki, bu kimi problemlərin həlli müvafiq dövlət proqramları çərçivəsində həll edilir. Bu problemlərin həllinə dövlət büdcəsindən kifayət qədər vəsait yönəldilib və iş planına uyğun olaraq
mərhələli şəkildə işin icrası təmin olunur


Daha çox xəbər

Şərh yaz