Axtarış...

Azərbaycan 5 il sonra “Junior Eurovision”da

Azərbaycan 5 il sonra “Junior Eurovision”da

Bu ilin noyabrında Belarusda keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsində (Junior Eurovision) Azərbaycan da iştirak edəcək.

Millitv.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "İNFE Azerbaijan" məlumat yayıb.

Bildirilib ki, Minskdə 19 ölkənin 16 yaşdan aşağı təmsilçiləri qalibiyyət üçün yarışacaq və Qazaxıstan və Uels bu il ilk dəfə müsabiqədə iştirak edəcək.

Həmçinin, Fransa 14, Azərbaycan 5, İsrail isə 2 il aradan sonra yenidən yarışmaya qatılım qərarı alıb. Lakin Ukrayna və Kipr builki yarışmada iştirak etməyəcəklərini elan ediblər.

Xatırladaq ki, Azərbaycanı sonuncu dəfə 2013-cü ildə Rüstəm Kərimov "Me and my guitar" mahısı ilə təmsil edib. O, yekun səsvermədən sonra 12 iştirakçı arasında 66 xalla 7-ci yeri tutub



Şərh yaz