Axtarış...

İdarə rəisi: "Göyçayda körpünün uçmasına görə başlanılan cinayət işinin istintaqı yekunlaşmaq üzrədir"

İdarə rəisi: "Göyçayda körpünün uçmasına görə başlanılan cinayət işinin istintaqı yekunlaşmaq üzrədir"

Göyçayda körpünün çökməsi və oradakı daş karxanalarını fəaliyyəti ilə bağlı açılan cinayət işində 7 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Millitv.Az report-a istinadən xəbər verir ki, Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində həbs-qəti imkan tədbiri seçilib: "Bununla bağlı cinayət işləri yekunlaşıb və məhkəməyə göndərilmə ərəfəsindədir. Digər bölgələr, o cümlədən Qubada körpünün uçmasına görə cinayət işlərində məsuliyyətə cəlb olunan, barələrində həbs-qəti imkan tədbiri seçilən vəzifəli çəxslər var"


Daha çox xəbər

Şərh yaz