Axtarış...

"Fransada Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər iki ölkənin humanitar sahədə əlaqələrinin daha da dərinləşməsinə yönəlib"

"Fransada Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər iki ölkənin humanitar sahədə əlaqələrinin daha da dərinləşməsinə yönəlib"

Fransada Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər iki ölkənin humanitar sahədə əlaqələrinin daha da dərinləşməsinə yönəlib.

Millitv.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ümumiyyətlə, Fransa ilə münasibətlərin yaxşılaşması Azərbaycan üçün faydalıdır, çünki gələcəkdə Fransa Qarabağ probleminin həlli üçün öz səylərini artıra bilər və bu məsələ tezlikə həll oluna bilər:

"Dövlət başçısı İlham Əliyev Fransada yalnız iqtisadi məsələlər deyil, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də əlaqədar Fransa Prezidenti Emmanuel Makronla çox ciddi söhbətlər aparıb. Sözsüz ki, bu söhbətlər hər iki ölkə üçün əhəmiyyətlidir. Çünki Azərbaycan artıq Avropada enerji təhlükəsizliyini təmin edən və dünyaya çıxışı olan bir ölkədir".

Deputat qeyd edib ki, dünyanın aparıcı dövlətlərindən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan, eyni zamanda beynəlxalq aləmdə böyük nüfuza malik Fransa ilə münasibətlərin yüksəlməsi çox əhəmiyyətlidir: "Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Fransadan çox böyük addımlar gözləyir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan böyük dövlətlərlə, o cümlədən Fransa ilə münasibətlərin inkişafına böyük önəm verir:

"İnkişaf etmiş və demokratik ölkə olan Fransa ilə Azərbaycanın çox ciddi münasibətləri var. Bu ölkədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən mədəni, ictimai tədbirlər, o cümlədən Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan gecəsi, Parisdə "Bakı Prosesi"nin 10 illik yubileyinin qeyd edilməsi, Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafına, xüsusilə humanitar sahədə əlaqələrin daha da dərinləşməsinə yönəlib. Ona görə də dövlətimizin başçısının Fransaya səfəri əlamətdar hadisələrlə zəngin oldu".

T.Rzayev deyib ki, İlham Əliyevin Fransaya səfəri ümumilikdə ölkələr arasındakı qarşılıqlı münasibətlərin daha da güclənməsinə təkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.


Daha çox xəbər

Şərh yaz