Axtarış...

FHN: Nabranda istirahət mərkəzində itkin düşən 3 yaşlı oğlanın axtarışları davam etdirilir - YENİLƏNİB

FHN: Nabranda istirahət mərkəzində itkin düşən 3 yaşlı oğlanın axtarışları davam etdirilir - YENİLƏNİB

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.



APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə əməliyyatına FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.



Əlavə məlumat veriləcək.





***



20:38





Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.



Axtarış işləri meşəlik ərazidə və suda aparılır.



Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.



Əlavə məlumat veriləcək.



Şərh yaz