Axtarış...

Naməlum şəxslər Dağıstanda iki polisi qətlə yetiriblər

Naməlum şəxslər Dağıstanda iki polisi qətlə yetiriblər

Dağıstanda yol-patrul xidmətinə hücum zamanı 2 polis öldürülüb.

Millitv.Az Trend-ə istinadən bildirir ki, hadisə Kizlyurt rayonunda baş verib. Qara rəngli "LADA Priora" avtomobilindən yol-patrul xidmətinin əməkdaşlarına atəş açan cinayətkarlar 2 nəfəri öldürüb, daha 1 nəfəri isə yaralayıblar. Yaralı xəstəxanaya çatdırılıb.

Hücum edən cinayətkarların sayı məlum deyil. Cinayətkarların axtarışı ilə bağlı xüsusi əməliyyat keçirilir.



Şərh yaz