Axtarış...

Baş prokuror Oğuzda vətəndaşları qəbul edəcək

Baş prokuror Oğuzda vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov iyulun 27-də saat 10:00-da Oğuz rayon prokurorluğunun inzibati binasında Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək.



Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.



Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Oğuz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.



Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Daha çox xəbər

Şərh yaz