Axtarış...

Alison Beker futbol tarixinin ən bahalı qapıçısı olub

Alison Beker futbol tarixinin ən bahalı qapıçısı olub
“Roma” klubunun qapıçısı Alison Beker “Liverpul"a keçib.



APA-nın məlumatına görə, bu barədə “Roma”nın mətbuat xidməti açıqlama yayıb.



Transferin qiyməti 62,5 milyon avro təşkil edir. Gələcəkdə transferin məbləği müxtəlif bonusların hesabına 10 milyon avro arta bilər. Beləliklə, Alison Beker futbol tarixinin ən bahalı qapıçısı olub.



25 yaşlı Alison Beker 2016-cı ildə Braziliyanın “İnternasional” klubundan “Roma”ya keçib. Transferin qiyməti 8 milyon avro təşkil edib.



Alison Beker Rusiya keçirilən dünya çempionatında Braziliya yığmasının əsas qapıçısı olub.



Şərh yaz