"1 qəpiklik" artım əhaliyə baha başa gələcək" - Ekspertdən xəbərdarlıq

"1 qəpiklik" artım əhaliyə baha başa gələcək" - Ekspertdən xəbərdarlıq

İqtisadçı ekspert Rövşən Ağayev Tarif Şurasının elektrik enerjisinin artırılması ilə bağlı qərarına münasibət bildirib.

MİLLİTV.az" xəbər verir ki, iqtisadçı ekspert 1 qəpiklik artımın əhaliyə baha başa gələcəyini vurğulayıb.

"İçməli su tariflərinin ardınca elektrik enerjisinin qiyməti artırıldı - təxminən 17 faiz.

Devalvasiyadan sonra iqtisadiyyatın inflyasiya həssaslığı əhəmiyyətli dərəcədə yüksəlib. Belə şəraitdə tarifləri dövlət tərəfindən tənzimlənən məhsulların (xidmətlərin) qiymətinin artırılması baza inflyasiyasının artırmaqla ölkədə ümumi qiymət səviyyəsinin yüksəlməsini şərtləndirir".

Rövşən Ağayev "1 qəpiklik!" artımın iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə xərc yaradacağı xəbərdarlığın da edib:

"Rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir. Bu köhnə tariflərlə 1.020 milyard manat edirdi. Yeni tariflərlə 1.190 milyard manat edəcək. Yəni "1 qəpiklik" artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyon manat xərc yaradacaq. Əhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard təşkil edir. Artan tarifə görə xərclərin 42 milyon manatını ailələr, 128 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək.

Aydındır ki, müəssisə və təşkilatlar öz artan xərclərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaqlar. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kv.saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək.

Azərbaycanda 2.5 milyon enerji alan ailə təsərrüfatının olduğunu nəzərə alsaq, "1 qəpiklik" artım birbaşa və dolayı yolla (inflyasiya nəticəsində) hər bir ailəyə ayda təxminən 7-8 manat zərər vuracaq. "1 qəpiklik!" artıma kiçik deyib keçməyin - enerji şəbəkəsinə 190 milyon manat əlavə vəsait gətirəcək" - deyə istisadçı ekspert bildirib.

MİLLİTV.az
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət