Axtarış...

Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

Dostluq körpüsü” II Beynəlxalq Folklor-Rəqs Festivalına Mərdəkan Mədəniyyət Sarayında qala-konsertlə yekun vurulub. Festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşdırılıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, festivala Azərbaycan ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Mərdəkan Mədəniyyət Sarayında qala-konsert zamanı Şimali Osetiya və Vladiqafqazı təmsil edən “Sarmat”, Rusiyanı təmsil edən “Slavyanski lik”, Çeçenistanı təmsil edən “Zamankho”, Azərbaycanı təmsil edən “Azad” və “Lalələr” rəqs qrupları çıxış ediblər.

Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Daha çox xəbər

Şərh yaz