Sürcülük vəsiqələrinin “rəsmi qiyməti” ARTIRILIR

Sürcülük vəsiqələrinin “rəsmi qiyməti” ARTIRILIR

Azərbaycanda sürcülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artacaq.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə görə, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu 39 faiz artırılır.

Bununla da avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 25 manata çatdırılacaq.

Hazırki qanunvericiliyə görə, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi 18 manatdır.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.(modern.az)


MİLLİTV.az
Oxşar xəbərlər
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət