Ermənistanın yeni baş naziri Gürcüstana 3 - günluk səfər edib

  • 30-05-2018, 18:41
  • dunya
  • 1110


Ermənistanın yeni baş naziri Nikol Paşinyan ikigünlük səfərlə Gürcüstana gedib.

Paşinyan Tbilisiyə həyat yoldaşı ilə gəlib.

Tbilisi beynəlxalq aeroportunda erməni nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixail Canelidze qarşılayıb.

“Səfər çərçivəsində biz ticarət və mədəni əlaqələrlə bağlı məsələləri müzakirə edəcəyik. Mən əminəm ki, bu səfər iki ölkə münasibətlərinə yeni töhfələr verəcək”, - Canelidze “Rustavi 2” telekanalına açıqlamasında deyib.

Paşinyan gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşmək üçün aeroportdan birbaşa Gürcüstan hökumət administrasiyasına gedib. Görüşdən sonra Paşinyan və Kvirikaşvili birgə bəyanat yayacaqlar.

Bundan başqa, Ermənistan baş nazirinin Gürcüstan prezidenti Georgi Marqvelaşvili və parlament sədri İraklı Kobaxidze ilə görüşü nəzərdə tutulub. (oxu.az)
Oxşar xəbərlər
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət