QUBA İCRA HAKİMİYƏTİNİN ŞÖBƏ MÜDÜRİ İSTİRAHƏT EDƏN VƏTƏNDAŞLARI SÖYÜB TƏHQİR ETDİ

QUBA İCRA HAKİMİYƏTİNİN ŞÖBƏ MÜDÜRİ İSTİRAHƏT EDƏN VƏTƏNDAŞLARI SÖYÜB TƏHQİR ETDİ

Quba şəhəri ərazisində yeni təyin olunmuş Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayevə məxsus "çeşmə" restoranında dünən axşam saatlarında şəkil çəkmək üstündə dava düşüb.

Millitv.az Dosye.org istinadən xəbər verir ki, Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinov, Quba bələdiyyəsinin sədri Zakir Müslümov,Mədəniyyət nazirliyinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov, Quba rayon mərkəzi kitabxanasının direktoru Saməddin Nəsirov ,Vəkillər kolleginyasının üzvi Natiq adlı şəxsi nazir Muxtar Babayevə məxsus restoranda sərxoş halda istirahət edən digər vətəndaşlara nalayiq söyüşlər edərək hücum çəkiblər. Buna səbəb digər masada əyləşənlərin selfi çəkməsi Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinov xoşuna gəlməmişdir.
QUBA İCRA HAKİMİYƏTİNİN ŞÖBƏ MÜDÜRİ İSTİRAHƏT EDƏN VƏTƏNDAŞLARI SÖYÜB TƏHQİR ETDİ

Həmin masaya yaxınlaşan Hikmət Yasinov vətəndaşın telefonunu əlindən almıışdır. Restoranda istirahət edən vətəndaşlar onları deyil özlərini çəkdinlərini bildirsələrdə Hikmət Yasinov hiddətlənərək daş ilə vətəndaşlara hücum çəkmiş və nalayiq söyüşlər söymüşdür. Davaya daha sonra Natiq adlı məhkəmə işçisi də qoşularaq orada istirahət edən vətəndaşlarla yanaşı restoran rəhbəıriyinin də ünvanına ağır təhqiramiz ifadələr işlədmişdir. Əldə etdiyimiz məlumata görə dava baş verən zaman restoranda olan Quba rayon prokurorluğunun əməkdaşı bu barədə rayonun hüquq mühafizə işçilərinə məlumat verdikdən dərhal sonra dava - dalaş baş verən restorana rayon polis şöbəsinin vəzifəli əməkdaşları gələrək.Dava salan vəzifəli şəxlər polis şöbəsinə aparılıb. Qeyd edək ki, "çeşmə" restoranını yeni təyin olunmuş Ekologiya naziri Muxtar Babayevə məxsus olduğu bildirilir.

Sözü gedən məsələ ilə bağlı Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinovla telefon əlaqəsi saxladıq. Hikmət Yasinov "çeşmə" restoranındakı olayla bağlı qeyd etdi ki, O vətəndaşın telefonu alıb ona görə yoxlayıb ki,görsün onların şəkillərini çəkib ya yox. Hikmət Yunusov bu məsələni mətbuat tərəfindən bu qədər böyüdülməsinin bir mənasının olmayacağını bildirib.

Qeyd edək ki məsələyə rayon rəhbərliyi də qarışıb. Quba rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdri Hikmət Yasinovu işdən azad edəcəyi bildirilir.

MİLLİTV.az
Oxşar xəbərlər
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət