Həbs olunmuş jurnalistlər məhkəmə zalından azadlığa buraxıldılar

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Millitv.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev və Hikmət Nəcəfli barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. S. Əliyev və H. Nəcəfli məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Sevinc Məmmədsalayevə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər M. Abbasov, İlahə Qasımova və Gülbəniz Əliyeva barəsində də şərti cəza seçilib.


MİLLİTV.az
Oxşar xəbərlər
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət