Axtarış...

Tacir dayısının efirdə onu təhqir etdiyini eşidəndə ŞOK OLDU - Özünü idarə edə bilmir - VİDEO

Dünən "5/5"-ə gələn Tacir Şahmalıoğlunun dayısının iddialarını müğənni cavabsız qoymayıb.



Tacirin dayısı efirə gəlib onu BİABIR ETDİ - 46 yaşında qızımı ... - VİDEO
Millitv.az Milli.az istinadən xəbər verir ki, aparıcı Zaur Kamal canlı yayımda bir neçə cəhddən sonra Tacirlə telefon bağlantısı yarada bilib. Aparıcı müğənnini məsələdən agah edəndə Tacir şok olub.

O, eşitdiyi məsələ qarşısında öncə cümlə qurmaqda çətinlik çəksə də, dayısını atdığı addıma görə ciddi ittiham edib. Müğənni bu məsələni ailə daxilində həll etməyin daha uyğun olduğunu "Özünü idarə edə bilmir ki, efirdə çıxıb, bu məsələni danışır" sözləri ilə Nürəddin adlı dayısını qınayıb. Tacir dayısının 85 yaşlı bacısını (Tacirin anasını) ziyarət etmədiyini və 3 il öncə faciəvi şəkildə dünyasını dəyişən qardaşının yas mərasiminə gəlmədiyini xatırladıb. Qeyd edək ki, dayısı verilişdə açıqlaması zamanı "Tacirin pulu mənə lazım deyil. Onun insanlığı lazımdır mənə, o da onda yoxdur" demişdi.



Verilişdən həmin gərgin anlar videoda:




MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz