Axtarış...

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi - UMÜD SIĞINACAQ EVİNDƏ MONİTORİNQ KEÇİRDİ

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi - UMÜD SIĞINACAQ EVİNDƏ MONİTORİNQ KEÇİRDİ

Millitv.az xəbər verir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun müvafiq əmri ilə bu gün Xəzər rayonu Binə qəsəbəsində yerləşən Ümid Sığınacaq Evində geniş yoxlama xarakterli monitorinq keçirilmişdir.

Verilən məlumatda o da qeyd olunur ki , Komitə nümayəndələri uşaqlarla təkbətək görüşərək söhbət aparıblar. Monitorinq zamanı müəssədə heç bir işgəncə və qeyri insani rəftar aşkar edilməyib.

Komitə üzüvləri sığınacağın rəhbərliyi ilə görüşü zamanı Nigar Mənsimli sığınacağın 1997-ci ildən faliyyət göstərdiyini qeyd etdi. Nigar Mənsimli sığınacağın digər iş prosesini komitə nümayəndələrinə izah etməklə onuda bildirdi ki, Sığınacaqda hal-hazırda 34 uşağa diqqət və qayğı göstərilir.

Uşaqların sağlamlığında gəldikdə isə onların bu barədə heç bir problemlərinin olmadığını deyən müəssə rəhbəri uşaqların sadəcə qayğıya ehtiyacının olduğunu bildirdi. Komitə əməkdaşları həmçinin sığınacağın digər təşkilatçıları olan Səidova Vüsalə və müəllimlər - Həsənova Ofeliya , Cavadova Arzu ilə söhbətlər apardılar .

Qeyd edək ki, Ümid Uşaq Sığınacağı fəaliyyət göstərdiyi illər ərzində 5 min nəfərdən çox azyaşlı, yeniyetmə övladlarımıza həmçinin küçə həyatına məruz qalmış analara köməklik göstərmişdir.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinun sədri və səlahiyyətli şəxsi Elşad Həmidovu keçirdiyi monitorinqi Komitənin Xəzər rayonu üzrə eksperti Ramin Hüseynov və müşahidəçi Samir Əzimov müşayət etdilər.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi - UMÜD SIĞINACAQ EVİNDƏ MONİTORİNQ KEÇİRDİ

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi - UMÜD SIĞINACAQ EVİNDƏ MONİTORİNQ KEÇİRDİ

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi - UMÜD SIĞINACAQ EVİNDƏ MONİTORİNQ KEÇİRDİ

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi - UMÜD SIĞINACAQ EVİNDƏ MONİTORİNQ KEÇİRDİ

Millitv.az


Daha çox xəbər

Şərh yaz