Qardaşının məzarı başında bibisini vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT

  • 19-04-2018, 14:00
  • gundem
  • 534
Qardaşının məzarı başında bibisini vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT


Quba rayonunda qəbiristanlıqda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov tərəfindən döyülərək öldürülən Şüşan Sumxayevanın 87 yaşı var. Onu döyərək öldürən şəxs qardaşı oğludur.



Bildirilir ki, bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə də həmin şəxsin məzarının yaxınlığında baş verib. Ağır dərəcəli sərxoş olan Mişi Miqirov bibisinə ağır zərbələr endirib. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. O, ayılından sonra hadisəni xatırlamadığını deyib. Keçmiş məhkumun qardaşının məzarı başında bibisini hansı səbəbdən döyməsi hələlik qaranlıq olaraq qalır.



Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728 
Mədəniyyət