Axtarış...

Ruslar 2 km-dən çox dərinliyi olan mağaraya endilər -Fotolar

Daha öncə ABŞ və Avropa alimləri buna cəhd edib, lakin nail ola bilməyiblər...

Ruslar 2 km-dən çox dərinliyi olan mağaraya endilər -Fotolar

Rusiyalı alimlər speleoloqlar dərinliyi Eyfel qülləsinin hündürlyündən 6 dəfə çox olan mağaraya enməyə nail oldular.


Millitv.az Moderator.az istinadla xəbər verir. Bu, Abxaziyada yerləşən və dünyanın ən dərin mağarası sayılan Krubera mağarasıdır. Əvvəlcə dərinliyi 2190 m olduğu hesab edilən mağaranın tədqiqatlardan sonra əslində 2212 m dərinlikdə yerləşdiyi məlum olub. Kruberanın uzunluğu da kifayət qədər böyükdür- 13 min 432 m.
Tədqiqatçılar mağaraya 27 gün ərzində enməyi planlaşdırsa da, bunun üçün, sadəcə, 1 həftə vaxt lazım olub.
Daha öncə ABŞ və Avropadan olan alimlər mağaraya enməyə çalışmış, lakin buna nail ola bilməmişdilər.
Xəbərdə o da qeyd edilir ki, speleoloqlar Pavel Demidov və İlya TurbanovKruberada yeni canlı növləri ilə rastlaşdıqlarını bildiriblər.









Millitv.az



Şərh yaz