"Associated Press": İlham Əliyev sabitliyin təminatçısıdır

"Associated Press": İlham Əliyev sabitliyin təminatçısıdır


Dünyada nüfuzlu və ən iri xəbər agentliklərindən biri olan “Associated Press” aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinə məqalə həsr edib.

Metbuat.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan əhalisi böyük ehtimalla hazırkı Prezident İlham Əliyevə səs verəcək.

Bildirilir ki, belə nəticəni seçkilərdən öncə keçirilmiş müxtəlif rəy sorğuları da təsdiq edir. Sorğuların nəticələri göstərib ki, ölkə əhalisinin 80 faizdən çoxu hazırkı dövlət başçısını dəstəkləyir.

Məqalədə deyilir ki, ilk dəfə 2003-cü ildə Azərbaycan Prezidenti vəzifəsinə seçilən İlham Əliyev özünü sabitliyin təminatçısı kimi təsdiq edib.

Prezident İlham Əliyevin xidmətlərinin vurğulandığı məqalədə qeyd edilir ki, dövlət başçısı ölkənin enerji və təhlükəsizlik sahəsində maraqlarının müdafiəsinə kömək edərək Azərbaycanın Qərblə yaxınlaşmasını təmin edib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət