Yaxın Şərqdə qarşıdurma: yeni geosiyasi gərginlik və terror dalğası fonunda



Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə proseslər keyfiyyətcə yeni səviyyəyə yüksəlməkdədir. Onu böyük güclər arasında münasibətlərin daha da gərginləşməsi və terror hadisələrinin miqyasının genişlənməsi xarakterizə edir.

Millitv.az Milli.Az -a istinadən xəbər verir ki, proseslərin mərkəzində isə region uğrunda ABŞ-la Rusiyanın mübarizəsi dayanır. Amerika orada fəallığını artırıb. Lakin bu, diplomatik addımlardan çox, bir sıra yerli silahlı qruplara yeni silahlar verib, onları daha radikal hala gətirməkdə əks olunur. Bəzi məlumatlara görə, amerikalılar minlərlə yük maşını silahı Suriyadakı kürd qruplaşmalarına verib (əsasən PYD/YPG-yə). Bu da həm regionun qonşu dövlətlərinin, həm də Rusiyanın narahatlığına səbəb olub. İndi Suriyada və İraqda müharibədən sonrakı siyasi bərpa işlərindən bəhs edən Vaşinqtonun hansı addımlar atacağı gözlənilir. Təbii ki, başqa böyük dövlətlər - Rusiya, İran, Türkiyə passiv qalmırlar. Nəticədə, regionda kifayət qədər mürəkkəb və ziddiyyətli bir mənzərə alınır. Bu proses hansı nəticələri verə bilər? Bu suala geosiyasi cavab axtarmağa dəyər.

Düşmənçilik toxumu: Yaxın Şərqdə səpilir

Yaxın Şərqdə xeyli dərəcədə narahatedici geosiyasi proseslər başlamaqdadır. Bir neçə ildir ki, ekspertlərin dilində həmin "gərginlik" kəlməsi bu region bağlılığında daim işlənir. Ancaq indi yeni bir mərhələnin başladığı haqqında yazırlar. Onu təsdiq edən faktları da gətirirlər. Onların təhlili göstərir ki, real olaraq Yaxın Şərq yeni geosiyasi münasibətlərin formalaşması ərəfəsindədir. Təəssüf ki, bu prosesin pozitiv aspektdə getdiyini demək isə xeyli çətindir.

Öncə vurğulamaq gərəkdir ki, Yaxın Şərqdə gərginliyin miqyası genişlənib. Əgər mütəxəssislər daha çox İraq və Suriyadan danışırdılarsa, indi bunlara Liviya, İordaniya, Yəmən və Misir də əlavə olunub. İsrail isə son zamanlar hərbi müdaxilələri ilə bəzi çətinliklər ortaya çıxarmaqdadır. Təl-Əviv Suriyaya hərbi təyyarələrlə müdaxilə edir və bunu orada İranın mövqeyinin güclənməsi ilə izah etməyə çalışır. Eyni məntiqlə Misir, Yəmən, Liviya məsələsi gündəmdədir. Misir Sinay yarımadasında antiterror əməliyyatlarına başladığını bəyan edib. Yəmən məsələsində Tehran-Ər-Riyad qarşıdurması öz gərginliyini saxlayır. Livanın baş naziri Saad Həriri isə bəyan edib ki, artıq "Hizbullah"la ittifaqa getməyəcəklər. Bu, İranın Yaxın Şərqdəki fəaliyyətinə ciddi zərbədir.

Bunlar Suriya və İraqla bağlı böyük dövlətlərin geosiyasi və hərbi mübarizəsinin fonunda baş verir. Xüsusilə Suriyada vəziyyət olduqca həssas və dayanıqsız hala gəlib. Burada başlıca qarşıdurma Qərb-Rusiya-İran-Türkiyə xəttində özünü göstərir. Düşündürücü olan situasiyanın son dərəcə qeyri-müəyyənliyidir. Demək olar ki, bütün böyük oyunçular fəaldırlar və hər biri öz marağı uğrunda güzəştsiz mübarizə aparır. ABŞ Suriyada geniş bir ərazidə əsas olaraq kürdlərdən təşkil edilmiş silahlı qrup vasitəsilə təsirini saxlayır. Bunu təsdiq edən faktlardan biri Deyr əz-Zor yaxınlığında Rusiyaya aid müqavilə əsasında xidmət edən bir neçə döyüşçünün Amerika təyyarəsi tərəfindən vurulmasıdır. Bundan bir qədər öncə isə Rusiyanın Hmeymimdəki hərbi bazasına hücum olmuşdu. Son faktlara görə, bunu amerikalılar ediblər. Deməli, dünyanın iki ən güclü hərbi potensialına malik ölkəsi real surətdə qarşı-qarşıya gəliblər. Moskvanın bunlara necə cavab verəcəyi yaxın vaxtlarda aydın olacaq. Hər bir halda kimsə vəziyyətin sabitləşməsi barədə düşünmür.

Mütəxəssislər bunları nəzərə alaraq belə nəticə çıxarırlar ki, ABŞ Yaxın Şərq siyasətində yeni mərhələyə keçir. Dövlət katibi Reks Tillersonun bu regiona son səfərinə məhz bu prizmadan diqqət yetirilir. R.Tillerson İordaniya, Türkiyə, Livan, Misir və Küveytdə olub. Bundan başqa o, İraq şəhərlərinin bərpasına həsr edilmiş beynəlxalq konfransda iştirak edib. Ekspertlərin rəyinə görə, söhbət faktiki olaraq müharibədən sonra İraq və Suriyanın yenidən qurulması siyasətindən gedir. Və burada Vaşinqton üçün əsas müəyyənedici faktor öz marağına uyğun geosiyasi mənzərənin yaranmasından ibarətdir.

Böyüklərin savaşı: iki təhlükəli nəticə

Konkret ifadə edilsə, Vaşinqton Yaxın Şərqdə bundan sonra da ABŞ-ın liderliyini təmin edə biləcək bir siyasi nizam bərqərar etmək niyyətindədir. Bu nə deməkdir? Birincisi, Amerika hesab edir ki, regionda terror qruplarına qarşı mübarizə əsasən başa çatıb. Bu proses eyni zamanda orada başqa böyük güclərin fəallaşması və geosiyasi marağını təmin etməsi ilə müşayiət olunur. Amerika həmin qüvvələrin daha çox nüfuz qazanmaması və pay istəməməsi üçün savaşdan sonrakı İraq və Suriya layihəsini başlayır.


Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət