Axtarış...

“Haylar on minlərlə azərbaycanlının cəsədləri üzərində özlərinə ölkə yaradıb” – Sahib Alıyev

“Haylar on minlərlə azərbaycanlının cəsədləri üzərində özlərinə ölkə yaradıb” – Sahib Alıyev


“Düz yüz il bundan əvvəl xalqımıza qarşı törədilmiş vəhşiliyin bir adı vardı - o da BMT-nin 9 dekabr 1948-ci il tarixli Konvensiyasına dayanaraq Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 6-dakı fərmanında vurğulandığı kimi soyqırımıdır”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev Milli Məclisin ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı keçirilən xüsusi iclasında çıxışı zamanı bildirib: “O fərman nə üçün verilmişdi, eləcəcə də prezident İlham Əliyevin 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımın 100 illiyinin keçirilməsiylə bağlı sərəncamı çərçivəsində Azərbaycan parlamentində təşkil edilən bu toplantı nə üçündür? Bu haqda fikirlərimi bölüşmək istəyirəm.
Biz yaşadığımız faciələri göz önünə sərməkdən, yazıq görkəmində özünü təqdim etməkdən, ağlayıb-sızlamaqdan güc alanlardan deyilik, ola da bilmərik. Amma biz bununla uydurma soyqırımlarını əllərində bayraq edərək, qarşılığında torpaq, təzminat istəyində bulunanların, törətdikləri terrora, yeritdikləri işğalçılıq siyasətinə haqq qazandırmağa çalışanların kimliyini, guya özlərinin üzləşdiklərini əslində necə digərlərinin başına gətirdiklərini ortaya qoyuruq. Onu ortaya qoyuruq ki, haylar təkcə torpağımızda deyil, soyqırımına uğramış on minlərlə azərbaycanlının cəsədləri üzərində özlərinə ölkə yaradıb.

Bu anım həm də və fikrimcə, daha çox onun üçündür ki, keçmişdən dərs çıxaraq, ibrət götürək. Biz bu soyqırımla təkcə ona görə üzləşmədik ki, mərdimazar, fürsətcil, kinli, məkrli və onun-bunun əlində alət olan qonşumuz var, daha dəqiqi, gətirib bu regionda bizə belə bir qonşu sırıyıblar. Biz ilk növbədə ona görə belə bir soyqırıma uğradıq ki, onun qarşısını alacaq gücümüz yox idi, dövlətimiz yox idi, liderimiz yox idi. Elə torpaqlarımızda yad ünsürlərin gətirilib yerləşdirlmələri də bundan qaynaqlanmırdımı?!

Tarix təkrarlanır deyirlər. Elədir, tarix təkrarlanır, ancaq heç də hamı üçün yox və heç də hər yerdə yox. Tarix ondan dərs çıxarmayanlar üçün və ondan dərs çıxarılmayan yerdə təkrarlanır. Necə ki, 1918-ci ildə baş verənlər 30 və 70 il sonra azərbaycanlıların indi Ermənistan adlandırılan torpaqlarımızdan deportasiyası, ardınca da işğalıla təkrarlandı. 1918-ci il soyqırımını haylar kimlərdən dəstək alaraq törətmişdilərsə, Xocalı soyqırımını da eyni cür törətdilər.

Bir daha qeyd edirəm, bax bu anım ilk növbədə onun üçündür ki, biz indiyədək başımıza gətirilənlərdən ibrət götürək. Regionda kimin-kim olduğunu unutmayaq. Bu gün İrandan Ermənistana və hətta işğal altındakı Qarabağa turist kimi gedərək haylara dolayısıla iqtisadi dəstək verən soydaşlarımız unutmasınlar ki, Bakıdan öncə onlar Urmiya ətrafında bir gündə 10 min adamı qətlə yetirmişdilər. Qadınına, körpəsinə, qocasına baxmadan, azərbaycanlı olduqları üçün öldürmüşdülər. Azərbaycan türkləri və kürdlərə qarşı eyni vəhşilik Xoy, Salmas, Maku və digər yerlərdə də törədilmişdi. Əgər başında Əli Ehsan Paşanın durduğu osmanlı ordusu özünü yetirməsəydi, orada bir azərbaycanl belə sağ buraxılmayacaqdı.

Çıxarmalı olduğumuz ən böyük dərs isə bir daha təkrar edirəm budur ki, biz bir xalq kimi zəif ola bilmərik. Belədə təkcə düşmənlərindən zərbə yemirsən, arxa sandıqların da özlərinə zərər dəyməməsi üçün sənə min illər boyu yaşadığın torpaqları kiməsə peşkəş verdirtdirirlər. Unutmamalıyıq ki, Azərbaycan torpaqlarında məhz o üzdən Ermənistan adlı dövlət yaradıldı, qədim İrəvanımız da bu uydurma dövlətə paytaxt edildi.

O zaman Milli Şuranın ancaq 3 nəfər üzvü - İrəvandan olan Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov buna qarşı çıxdılar. Ancaq onların səsi eşidilməz qaldı. Ona görə eşidilməz qaldı ki, İrəvanın haylara verilməsiylə bağlı təzyiqlərə tab gətirməyə güçümüz və təəssüf ki, elə iradəmiz də yoxuydu.

Tanrıya şükürlər olsun ki, indiki Azərbaycan o Azərbaycan deyil. Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunda çıxışı zamanı bir fikir səsləndirdi - O dedi ki, Cümhuriyyətin qurucuları indiki Azərbaycanı görsələr fəxr edərdilər.

Əminəm ki, bu belədir. Əminəm ki, onlar, o sıradan , ruhları qarşısında baş əyməyi özümə borc bildiyim Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov da indiki dövlətimizi görsələr, dövlət başçımızın İrəvan, Göycə, Zəngəzur haqda dediklərini eşitsələr, rahatlıq tapardılar. Rahatlıq tapardılar ki, haylar bir daha başımıza bu cür oyunlar gətirə bilməyək, azərbaycanlılar bir gün işğal altındakı bütün torpalqarımız kimi, İrəvan, Göycə və Zəngəzura da qayıdacaqlar. Ona görə ki, indi regionun ən güclü dövləti bizim dövlətdir, ən güclü ordusu bizim ordumuzdur və bu dövlətin, bu ordunun başında cənab İlham Əliyev kimi öz xalqının maraqlarını bütün maraqlardan üstün tutan güclü liderimiz var!”


Daha çox xəbər

Şərh yaz
шары на выписку из роддома

----

Кликни на сайт

----


Чемодан для ручной клади

----

Чемоданы всем нужны

----


шар единорог

----

Шарики воздушные на праздник детям и любимым

----


продажа офиса в москве

----

Все для посетителя

----


снять офис бц дорохoфф
снять офис НАГАТИНО АЙЛЕНД

-----

каталог сайтов посмотреть

----

империя тауэр

----

Поговорим про двери

----


заказать входную дверь


личный кабинет госуслуги



быстрый займ в могилеве

2353listtest