Bu gün DTX işçilərinin peşə bayramıdır – 99 il

Bu gün DTX işçilərinin peşə bayramıdır – 99 il


28 mart Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 99-cu ildönümüdür.

Metbuat.az-ın məlumatına görə, 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb.
Ulu Öndər Heydər Əliyev 23 mart 1997-ci il tarixli Sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis edib, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin edilməsinə qərar verib. Ümumilli liderin Sərəncamı ilə hər il martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.

Ulu Öndər deyirdi: “...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”.

Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial daxili və xarici siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.

Qeyd edək ki, Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət