Dünyanın sonuna 117 il qalıb? - Alimlərdən şok xəbərdarlıq - FOTO

Dünyanın sonuna 117 il qalıb? - Alimlərdən şok xəbərdarlıq - FOTO


ABŞ və Avropanın almləri Yer ətrafındakı potensial təhlükələrin kataloqunu hazırlamağa çalışsalar da, hələ aşkarlanmamış xeyli iri obyektlər var.

Milli.Az CBS-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri xəbərdarlıqla çıxış ediblər. Onların dediklərinə görə, Yerə böyük asteroid yaxınlaşır.

Diametri təqribən 500 metr olan asteroid 101388 km/saat sürətlə yerə doğru gəlir.

"101955 Bennu" adlı, 79 milyard kq ağırlıqlı həmin asteroid 2135-ci ildə Yerlə toqquşacaq.

Toqquşma nəticəsində trotil ekvivalenti ilə 1200 meqatonluq partlayış olacaq. Həmin partlayış isə 1945-ci ildə Hirosimadakı nüvə partlayışından 80 min dəfə güclüdür.

Amerikalı alimlərin təşvişini onların avropalı həmkarları ilə də bölüşürlər
Almaniyanın Darmştadt şəhərindəki Avropa Kosmik Əməliyyatlar Mərkəzinin (ESOC) direktoru Rolf Densinqin dediyinə görə, 2135-ci ildə Yerdə qlobal fəlakət yaşanması ehtimalı çox böyükdür.

"Belə səma cisimlərindən qorunmaq imkanlarına malik deyilik. Planetar müdafiə üçün aktiv tədbirlər planımız da yoxdur", - R.Dansinq söyləyib.

Buna rəğmən, NASA ekspretləri təhlükəli asteroidlər və kometalarla mübarizəni nəzərdə tutan HAMMER adlı planın mövcudluğunu vurğulayıblar.

Həmin plan 9 metr uzuqluqda, 8,8 ton ağırlıqda "İmractor Hammer" peykini Yerə yaxınlaşan asteroidə yönəltməyi və səma cisminin çatanda partlatmağı nəzərdə tutur. Partlayış nəticəsində asteroid kiçik parçalara bölünməli, təhlükə aradan qalxmalıdır.
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət