Korien Yonker: "ATƏT-in müşahidəçilər qrupu Azərbaycanda seçkilərin obyektiv qiymətləndirilməsini keçirəcək"

Korien Yonker: "ATƏT-in müşahidəçilər qrupu Azərbaycanda seçkilərin obyektiv qiymətləndirilməsini keçirəcək"


ATƏT-in müşahidəçilər qrupunun Azərbaycanda olmasının əsas səbəbi seçkilərə müdaxilə etmək yox, prezident seçkilərinin obyektiv qiymətləndirilməsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilər missiyasının rəhbəri Korien Yonker deyib.

O qeyd edib ki, müşahidə komissiyasının meyarları arasına seçki prosesinin hüquq normaları ilə uyğunluğu, eləcə də mətbuat orqanlarında siyasət daxil olacaq.

Əsas müşahidə komissiyası 11 ekspertdən ibarət olacaq.

K.Yonkerin sözlərinə görə, seçkilərdən sonra səsvermədən sonrakı günlərdə müvafiq prosesləri izləyən qrup ölkədə qalacaq:

"Biz Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığın şahidi olduq və ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək"
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət