Axtarış...

Böyükağa Hacıyevin son durumu: Ümid qalmayıb

Böyükağa Hacıyevin son durumu: Ümid qalmayıb


Atamın durumu çox pisdir. Dünən vəziyyəti daha da ağırlaşmışdı.

Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.

Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevın vəziyyətində heç bir irəliləyiş yoxdu. Əksinə, "ağ-qaralar"ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumu getdikcə daha da ağırlaşır.

Bununla bağlı danışan Rüstəm Hacıyev həkimlərin də çarəsiz qaldıqlarını bildirib: "Atam yenə "Medical Plaza"dadı. Vəziyyət qəlizdir. Dünən hamımızı qorxutdu. Həkimlərin də ümidi qalmayıb. Arada yemək verirlər, amma halı yoxdur. Düzdür, xəstəxanada qalmaq istəmir. Oyananda deyir ki, ürəyim partlayır, məni burdan çıxarın. Evə getmək istəyir. Ancaq bunu edə bilmərik, mümkün deyil. Həkimlər icazə vermirlər, çünki xəstəxanadan çıxarsaq, daha da pisləşəcək. Ürəyinin vəziyyəti yaxşılaşmır. Digər tərəfdən də beynindəki problem ona əziyyət verir".


Daha çox xəbər

Şərh yaz