Dollar və avrodan sonra daha bir dünya valyutası GÜNDƏMDƏ

Dollar və avrodan sonra daha bir dünya valyutası GÜNDƏMDƏ


Çin hakimiyyəti yuanı dünya valyutası etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Çin Xalq Bankının rəhbəri Çjou Syaoçuan bildirib.

O qeyd edib ki, Çinin milli valyutası olan yuanın beynəlmiləlləşdirilməsi prosesi üzrə kifayət qədər tədbirlər görülüb:

"Bu tədbirlər ticarət və investisiyalarda yuandan istifadəyə imkan verəcək. Bundan başqa, Çin gələcəkdə öz maliyyə bazarını açacaq".

Bank rəhbəri əlavə edib ki, dünya bazarının iştirakçılarının hesablamalarda yuana keçməsi üçün bir xeyli vaxt lazımdır.

Qeyd edək ki, 2015-ci ilin noyabrda Beynəlxalq Valyuta Fondu yuanın 2016-cı il oktyabrın 1-dən SDR səbətinə daxil edilməsi barədə qərar qəbul edib. Artıq bu səbətə dollar, avro, funt sterlinq və yapon yeni də daxildir.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət