Axtarış...

Suriyada daha 2 kənd terrorçulardan azad edildi

Suriyada daha 2 kənd terrorçulardan azad edildi


Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 1 aydan çoxdur ki davam edir.

Milli.Az bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə ötən gün 2 kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Şavarighat El Caviz və Melkiye kəndini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 159-a çatıb.

Ordu qərargahından verilən məlumata görə, yanvarın 20-dən bu günə qədər Afrində 3149 terrorçu zərərsizləşdirilib.


Daha çox xəbər

Şərh yaz