Axtarış...

FHN-dən əhaliyə MÜRACİƏT

FHN-dən əhaliyə MÜRACİƏT


Fövqəladə Hallar Nazirliyi Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Lent.az nazirliyin saytına istinadən müraciəti təqdim edir:

Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!


Təhlükə zamanı 112-yə zəng edin!



Şərh yaz